BMT Baş katibinin müavini: "COP29 çox vacib platformadır"
COP29 Paris Sazişini reallışdırmağımızı təmin etmək üçün çox vacib platformadır.
Bunu Bakıda Pre-COP tədbirində iştirak edən BMT Baş katibinin müavini Amina Mohammed APA-ya açıqlamasında deyib.
Amina Mohammedin sözlərinə görə, COP29 Dayanıqlı İnkişaf Gündəliyinin ayrılmaz hissəsidir.
BMT Baş katibinin müavini iqlimlə bağlı maliyyələşmənin əhəmiyyətinə toxunub və əlavə edib ki, maliyyə COP29-un əsas məsələsidir. Amina Mohammed bu məsələ ilə əlaqədar COP29-da konsensus əldə ediləcəyinə ümidvar olduğunu vurğulayıb.
“Maliyyə məsələsi bizim üçün çox önəmlidir. COP29-un başlamasına 31 gün var hələ, gəlin görək bunu necə edə bilərik”, - o qeyd edib.
"Cebheinfo.az"