ABŞ-də dəhşətli TORNADO

ABŞ-nin Ayova ştatının Qrinfild qəsəbəsində dağıdıcı tornado baş verib.
"Cebhe.info" xəbər verir ki, tornado nəticəsində şəhərcikdə evlər dağılıb, ağac aşıb, bir çoxunun budaqları qırılıb və avtomobillərə ziyan dəyib.
Ayova ştatının Qrinfild qəsəbə polisinin sözçüsü Aleks Dinklanın bildirdiyinə görə, tornado qəsəbəsinin böyük bir hissəsini dağıdıb, tələfat var.
Təxminən 2 min adamın yaşadığı qəsəbədə onlarla insanın yaralandığını bildirən Dinkla, xəstəxanaya dəyən ziyana görə yaralıların ətraf qəsəbələrdəki xəstəxanalara aparıldığını deyib.
Nigar Hacılı
"Cebhe.info"