ABŞ İsrail vətəndaşları üçün viza rejimini ləğv edib
ABŞ İsrail vətəndaşları üçün viza rejimini ləğv edib.
Cebhe.info xəbər verir ki, bu barədə İsrailin “The Times of Israel” onlayn nəşri yazıb.
Nəşrin məlumatına görə, ABŞ dövlət katibi Antoni Blinken və İsrail Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Aleksandro Mayorkas rəsmi bəyanatla çıxış ediblər.
Bəyan edilib ki, İsrail bütün ilkin şərtləri yerinə yetirdiyi üçün vətəndaşlarının ABŞ-a daxil olmasına viza tələb edilməyən ölkələr siyahısına salınıb.
Qeyd edək ki, Almaniya, Fransa, Böyük Britaniya, Sinqapur, Avstraliya, Avstriya, Danimarka, Finlandiya, Yunanıstan, İtaliya, Yaponiya, Niderland, Yeni Zelandiya, Polşa, Norveç, İsveçrə və digər dövlətlərin də daxil olduğu bu siyahıda İsrail 41-ci ölkə olaraq yer alır.
Cebhe.info