ABŞ Lavrovu BMT Baş Assambleyasında müşayiət edəcək jurnalistlərə viza verib
ABŞ Rusiya xarici işlər naziri Sergey Lavrovu BMT Baş Assambleyasında müşayiət edəcək rusiyalı jurnalistlərə viza verib.
Bu barədə Rusiya XİN-dən bildirilib.
"Lavrovu BMT Baş Assambleyasına müşayiət edən bütün rusiyalı jurnalistlər ABŞ vizası alıblar", deyə qurumdan verilən açıqlamada vurğulanıb.
Qeyd edək ki, bu həftə Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası keçiriləcək.
Cebhe.info