AKP-nin deputatı: "Nə oldu Menendez?" - FOTO

ABŞ-ın ermənipərəst senatoru Bob Menendez Senatının Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən müvəqqəti olaraq istefa verib.
Cebhe.info xəbər verir ki, buna səbəb senatora qarşı federal korrupsiya ittihamı irəli sürülməsidir.
Hər zaman Ermənistana dəstək verən, Azərbaycanla Türkiyə qarşı siyasət yürüdən Robert Menendezin istefa verməsi xeyli səs-küyə səbəb olub.
Hətta Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kahramanmaraşdan olan deputatı, professor Mehmet Şahin də buna münasibət bildirib.
O, "X" platformasında bununla bağlı diqqətçəkən paylaşım edib:
"Nə oldu Menendez?".
Elmir Mustafa
Cebhe.info