Ali Koç postunu təhvil vermək istəmir

Ali Koç postunu təhvil vermək istəmir

Çempionluğu "Qalatasaray"a uduzduqdan sonra istefası tələb olunan "Fənərbağça" prezidenti Ali Koç komandadan ayrılmaq fikrində deyil. Klub prezidenti Ali Koç daha bir il prezident postunda qalacaq.

Cebhe.info xəbər verir ki, bu barədə "Haber7" məlumat yayıb.

Belə ki, Ali Koçun istefa verməyi düşünmədiyi, mövsümün sonuna qədər postunda qalacağı və gələcəkdə digər namizədlə birlikdə iştirak etməyi düşündüyü öyrənilib.

Günay Şahmar
Cebhe.info