Alman nəşrindən Hakan Fidan analizi: “Hər şeyi bilən adam” 

Alman nəşrindən Hakan Fidan analizi: “Hər şeyi bilən adam” 

“Türkiyədə hər kəs Hakan Fidanı tanıyır, amma cəmiyyət onun haqqında çox az şey bilir”.

Cebhe.info xəbər verir ki, bunu Almaniyanın “RND” nəşri yazıb. Nəşrdə Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan haqqında analiz yayımlanıb. Məqalədə onun haqqında “hər şeyi bilən adam” ifadəsindən istifadə olunub:

“Heç kim MİT-in başında 13 il keçirən Hakan Fidan qədər sirr bilmir. Bu da onu Türkiyənin ən güclü adamlarından biri edir”.

Nəşr qeyd edib ki, Hakan Fidanın uzun illər “xarici işlər nazirinin kölgəsi” kimi fəaliyyət göstərib:

“Hakan Fidan ilk dəfə bir nazirliyin başına keçir. Amma xarici siyasət onun üçün yeni bir sahə deyil. Tam əksinə, o, uzun illər arxa planda xarici siyasətin bütün önəmli qərarlara daxil olub.

Fidan Ərdoğanın “kölgə xarici işlər naziri” olaraq Türkiyənin İsrail və Misirlə yaxınlaşması üçün gizli görüşlər hazırlayıb, Ukrayna müharibəsində isə Kiyev və Moskva ilə yaxın təmaslar qurub. üstəlik, Hakan Fidanın beynəlxalq əlaqələri də çox yaxşıdır. Hətta Fidan Moskva və Vaşinqton kimi bir çox önəmli səfərlərdə Rəcəb Tayyib Ərdoğan və Mövlüd Çavuşoğlunu müşaiyət edib”.

Elmir Mustafa
Cebhe.info