Avstraliyada COVID-19-un yeni variantı aşkarlanıb

Avstraliyada COVID-19-un yeni variantı aşkarlanıb

Avstraliyada ilk dəfə olaraq COVID-19-un “LB.1” adlı yeni variantı müəyyən edilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Avstraliya KİV-ləri məlumat yayıb.

Səhiyyə mütəxəssisləri xəbərdarlıq ediblər ki, yeni variant əvvəlkilərdən daha sürətli yayıla bilər.

ABŞ-nin 26 ştatını təsir edən COVID-19 yay dalğası Avstraliyada da yayılmaqdadır.

“SBS News”-un məlumatına görə, ölkənin səhiyyə nazirliyinin sözçüsü Avstraliyada “LB.1”-ə yoluxma hallarının təsdiqləndiyini bildirib.

Nigar Hacılı
"Cebheinfo.az"