Avstraliyada meşə yanğınları davam edir

Avstraliyada meşə yanğınları davam edir

Avstraliyanın şərqindəki Yeni Cənubi Uels ( New South Wales) əyalətinin lideri artan meşə yanğını təhlükəsi ilə əlaqədar bir həftəlik fövqəladə vəziyyət elan edib.

Cebhe.info xəbər verir ki, həftə sonu üçün yüksək temperatur və güclü külək proqnozlaşdırılıb, bu isə öz növbəsində "geniş yayılmış yanğın təhlükəsinə" səbəb ola bilər.

Bildirək ki, hərbi dəstələr eyni zamanda qonşu Viktoriya əyalətində yanğına məruz qalan 4 min nəfərin bir hissəsini də təxliyyə etməyə hazırlaşırlar.

Qeyd edək ki, sentyabrdan bəri davam edən meşə yanğınları 18 nəfərin ölmünə səbəb olub. Həmçinin Yeni Cənubi Uels və Viktoriya ərazisində 1200-dən çox evi məhv edib.

Səyad Həsənli
Cebhe.info