Baqratın reytinqi düşüb - SORĞU

Arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatına inam azalıb.
“Cebhe.info”-nun məlumatına görə, GALLUP Assosiyasının Ermənistan nümayəndəliyinin keçirdiyi rəy sorğu belə deməyə əsas verir. Mərkəzin rəhbəri Aram Navasardyan 1100 respondent arasında keçirilən sosioloji sorğunun nəticələrini açıqlayıb.
Qeyd edilir ki, may ayında arxiyepiskop Baqrat Qalstanyanın təşəbbüsü ilə keçirilən “Vətən üçün Tavuş” hərəkatını necə qiymətləndirirsiniz” sualına respondentlərin 35,1 faizi tam müsbət, 23,5 faizi tamamilə mənfi cavab verib.
İyul ayında isə 18,3 faiz respondent Baqratın hərəkatını tamamilə müsbət və 32,4 faizi isə tamamilə mənfi qiymətləndirib.
Müşfiq Abdulla
“Cebhe.info”