Bir həftədə135 min insan köç etdi

Bir həftədə135 min insan köç etdi

Konqo Demokratik Respublikasında (KDR) ordu ilə üsyançı qruplar arasında qarşıdurmalar səbəbindən bir həftə ərzində Qoma bölgəsində təxminən 135 min adam köç edib.

"Cebhe.info" xəbər verir ki, Norveç Qaçqınlar Şurasının (NRC) verdiyi açıqlamada KDR-dəki qarşıdurmaların mülki şəxslərə mənfi təsir göstərdiyi bildirilib.
Acıqlamada insanların bölgədə aclıq səbəbindən həyatını itirməsindən narahat olduqları bildirilib və qarşıdurmalar səbəbindən ərzaq məhsullarının əldə edilməsində çətinliklərin olduğu, ərzaq qiymətlərinin artması qeyd edilib.

Ruanda, Uqanda və Burundi ilə sərhədin yerləşdiyi KDR-nin şərqi 20 ildən artıqdır ki, qızıl və kobalt kimi mədənlərə nəzarəti ələ keçirməyə çalışan silahlı qrupların hücumlarına və qarşıdurmalarına səhnə olub.

Bölgədə bir çox üsyançı təşkilatlar, xüsusilə Demokratik Alyans Qüvvələri (ADF) və “23 Mart” hərəkatı (“M23) fəaliyyət göstərir.

KDR-nin Şimali-Kivu əyalətinin paytaxtı Qomanı ələ keçirməyə çalışan “M23” üzvlərinin son 15 gündə artan hücumlarında çoxlu mülki vətəndaş və əsgər həyatını itirib, minlərlə insan isə didərgin düşüb.

“M23” üsyançı qrupunu dəstəklədiyi iddia edilən Ruanda və KDR müharibənin astanasındadır.

KDR Prezidenti Feliks Tshisekedi Ruandanı “M23”-ə dəstək verməkdə günahlandırsa da, Ruanda Prezidenti Paul Kaqame iddiaları rədd edib və KDR Prezidentinin Ruandanı günahlandıraraq məsuliyyətdən yayındığını bildirib.

Nigar Hacılı 
"Cebhe.info"