Bir ölkədə selə düşdülər: Başqa ölkədə meyitləri tapıldı

Bir ölkədə selə düşdülər: Başqa ölkədə meyitləri tapıldı

Qırğızıstanın cənubundakı Oş şəhərində dünən baş verən güclü yağışların yaratdığı daşqınlar artır.

"Cebhe.info" xəbər verir ki, Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada ölənlərin sayının 4-ə yüksəldiyi, 4 nəfərin isə itkin düşdüyü bildirilib.

Açıqlamaya görə, 44 yaşlı şəxsin cəsədi dünən yerli vaxtla saat 11.30 radələrində Ak-Buura çayında tapılıb, 10 və 19 yaşlı iki nəfərin cəsədlərinə isə 3 saat sonra Özbəkistan qrupları tərəfindən çatdırılıb.

Özbəkistanın Şahronsoy çayında tapılan 2 meyit Qırğızıstana çatdırılıb. Aparılan şəxsiyyət təsbiti işləri nəticəsində 44 yaşlı qadının eyni seldə ölən 3 qız uşağının anası olduğu öyrənilib.

Nigar Hacılı
"Cebhe.info"