BMT Baş katibi: “Kaxovka SES-in bəndinin dağıdılması Zaporojye AES üçün təhlükədir”
“Kaxovka su elektrik stansiyasının bəndinin dağıdılması onsuz da çətin vəziyyətdə olan Avropanın ən böyük atom elektrik stansiyası – Zaporojye AES üçün əlavə təhlükə yaradır”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterriş jurnalistlərə açıqlamasında deyib.
O əlavə edib ki, Kaxovka SES-in bəndinin dağıdılması nəticəsində azı 16 min insan evini itirib.
Cebhe.info