Boşanmaya görə də cərimə gəlir: Ailələri saxlamağın pullu yolu

Boşanmaya görə də cərimə gəlir: Ailələri saxlamağın pullu yolu

Rusiya boşanmalar üçün sərt cərimələr tətbiq etmək istəyir. 

Belə ki, 100 mindən bir milyon rubla qədər cərimə tətbiqi təklif olunur. 

“Cebheinfo.az” bu barədə “Кремлевская табакерка” ”Telegram” kanalına istinadən yazır.

Deputat Vitali Milonov boşanma üçün dövlət rüsumunu 100 min rubla qədər artırmağı təklif edir. 

Ümumilikdə isə 2025-ci ildə Rusiyada boşanmaların qadağan edilməsi prosesinin başlanacağına dair xəbərlər yayılmışdı.

İndi isə məlum olur ki, bu, boşanma haqqının artması ilə başlayır. Eyni zamanda, ödənişlərin (əslində boşanma üçün cərimələr) 50 ilə 105 min rubl arasında olmasına dair planlar var.

"Həqiqətən, biz boşanmaların qadağan edilməsi məsələsinə gəldik. Vladimir Vladimiroviç Putin doğum səviyyəsini artırmaq vəzifəsini qoydu, lakin bu tapşırığın yerinə yetirilməsi hələ sual altındadır. Ona görə də biz ciddi tədbirlər görməyə məcburuq. Xüsusilə, mümkün qədər çox ailəni saxlamaq üçün boşanmalara görə cərimələrin tətbiq edilməsi gündəmdədir", - Kremldəki demoqrafik vəziyyətə cavabdeh olan mənbə bildirib.

Onun fikrincə, Milonovun açıqlaması “yoxlanış daşıdır”:

"Bu il üçün planlar boşanmaların sayını əhəmiyyətli dərəcədə azaltmaqdır. Baxaq görək xalq dövlət rüsumu ilə bağlı təklifə necə reaksiya verəcək. Məncə, yaxşıdır. Bundan sonra boşanmaya görə differensiallaşdırılmış cərimə sistemi tətbiq olunacaq".

Hələlik ilk boşanma üçün 100 min ödənənilməsi planlaşdırılır ki, bu da artıq açıqlanıb. Gələcəkdə bu məbləğ 320 minə qədər artırıla bilər. Rusiyalılar ikinci boşanma üçün ən azı 500 min, üçüncü və daha çox boşanma üçün  1 milyon rubl ödəməli olacaqlar. Rüsum adı altında cərimələr sistemi hələ də inkişaf etdirilir. 

Məsələn, arvad birinci, ər isə üçüncü dəfə boşanırsa, onlarla nə ediləcəyi hələ aydın deyil. Çox güman ki, daha yüksək rəqəmə əsasən rüsum tutulacaq. Yəni bu halda boşanma üçün bir milyon ödəməli olacaqlar.

"Məbləğlər əhəmiyyətlidir, ona görə də ümid edirik ki, boşanmaların sayı kəskin şəkildə azalacaq. Bu il deyilsə, gələn il", - doğum səviyyəsinin artırılması ilə mübarizədə iştirak edən hökumətdəki mənbə qeyd edib.

Xəzər
“Cebheinfo.az”