Bu ölkədə əhali belə yaşayır: İnternetsiz, adi telefonla və ancaq ailəyə zəng etməklə

Bu ölkədə əhali belə yaşayır: İnternetsiz, adi telefonla və ancaq ailəyə zəng etməklə

Şimali Koreyada 25 milyon insan internetdən istifadə edə bilmir.

Bu ölkənin yalnız bir neçə min imtiyazlı vətəndaşı qlobal şəbəkəyə daxil ola bilir. Ölkənin ciddi senzuraya məruz qalan daxili intraneti belə əhalinin əksəriyyəti üçün əlçatmazdır.

Cebhe.info “Wired.com”-a istinadən məlumat verir ki, bu ölkədə azad və açıq məlumat əldə etmək mümkün deyil.

Cənubi Koreyanın insan haqları təşkilatı “People for Sucful Corean Reunification (Pscore)” tərəfindən aparılan yeni araşdırma imtiyazlı bir neçə nəfərin internetə necə girdiyini ortaya qoyub. Təşkilatın İnternet Azadlığı Hesabatı Şimali Koreyadan qaçan 24 nəfərlə müsahibələr və digər 158 nəfərin sorğusuna əsaslanır. Onların hamısı 2012-2022-ci illər arasında Şimali Koreyanı tərk edib.

Tədqiqatın nəticələri təşkilat tərəfindən “Human Rights Conference RightsCon”-da təqdim olunub.

Məlum olub ki, qlobal şəbəkəyə çıxış əldə etmək üçün Şimali Koreyada istifadəçi bir neçə günlük təsdiq prosesindən keçməlidir. Nəhayət, giriş əldə edildikdə, müşahidəçilər istifadəçinin yanında oturur, o, hər 5 dəqiqədən bir onun hərəkətlərini qiymətləndirməli və təsdiq etməli olur. Bütün bunlara baxmayaraq, istifadəçi Şimali Koreyadan kənarda dünya haqqında çox az məlumat verən yalnız kiçik məlumatları əldə edir.

"Ölkəni tərk edən keçmiş sakinlərdən biri təşkilatın tədqiqatçılarına “Mənə ümumdünya Şəbəkəsi haqqında məlumat verildi və hətta imtahan üçün bu mövzunu öyrənməli oldum. Amma İnternet haqqında yalnız nəzəri olaraq bilirdim”,- deyib.

"Bilirdim ki, bu, məlumat axtara biləcəyiniz bir növ şəbəkədir, amma əslində nə olduğu barədə heç bir fikrim yox idi”,-deyə o vurğulayıb.

Başqa bir keçmiş ölkə sakini, “Google”-dan başqa, Wi-Fi haqqında heç nə bilmədiklərini söyləyib.

Təhlükəsizlik səbəbiylə əsl adı açıqlanmayan tədqiqatçı Şimali Koreyada yaşayarkən cəmi 5 dəfə internetdən istifadə edib:

“Kitabxanaçı iki internet istifadəçisi arasında oturur və onların internetdə nə axtardıqlarını daim izləyir. Ekran avtomatik olaraq hər beş dəqiqədən bir donur və kitabxanaçı internetdən daha çox istifadə etmək üçün barmaq izi identifikasiyası həyata keçirməlidir."

Onun sözlərinə görə, Dövlət Mühafizə Xidmətinin əməkdaşı da daim yaxınlıqda olub.

Tədqiqatçının sözlərinə görə, insanlara internetdən bir saat istifadə etməyə icazə verilib və kimsə daha çox vaxt istəyirsə, yeni icazə almalı olur. Müxtəlif vəzifəli şəxslərin razılığını tələb edən internetdən istifadə etmək üçün səlahiyyətli orqanlardan icazə almaq təxminən iki gün çəkir.

“Wired.com” saytının məlumatına görə, son onillikdə Şimali Koreyada rəqəmsal cihazların sayı artıb. Bu gün böyüklərin təxminən 50-80 faizinin mobil telefonları var ki, onların vasitəsilə mətn mesajları göndərə və ailə üzvlərinə zəng edə bilərlər. Bu telefonların istifadəsinə də ciddi nəzarət edilir:

məlumat ötürmə sürətləri aşağıdır, qurğular bir neçə dəqiqədən bir skrinşot çəkir və bu telefonlarda yalnız hökumət tərəfindən təsdiqlənmiş məzmuna baxmaq olar.

Şimali Koreyada ölkə rəhbərliyi ilə əlaqəli yalnız bir neçə ailənin, eləcə də bəzi əcnəbilərin internetə məhdudiyyətsiz çıxışı var. Bir neçə min insan, o cümlədən dövlət rəsmiləri, tədqiqatçılar və İT tələbələri xüsusi, senzuradan keçmiş versiyaya daxil ola bilərlər.

Bundan əlavə, xaricə səyahətə icazə verilən bəzi elm adamları və tədqiqatçılar bəzən xaricdə olarkən qlobal şəbəkəyə daxil ola bilirlər.

Xəzər
Cebhe.info