Çadın əsas silah anbarında şiddətli partlayış baş verib

Çadın əsas silah anbarında şiddətli partlayış baş verib

Çad Respublikasının paytaxtı N'Djamena şəhərinin Qoudji bölgəsində yerləşən N'Djamen hava limanı yaxınlığındakı hərbi hissənin sursat anbarında yanğın baş verib.

"Cebhe.info" xəbər verir ki, Çadın xarici işlər naziri Abderaman Kullamalah sosial media hesabından verdiyi açıqlamada, paytaxt N'Djamenanın Qoudji bölgəsində hərbi hissənin sursat anbarında yanğın baş verdiyini bildirib.

Kullamalah vətəndaşlara sakit olmağı tövsiyə edib və əlavə məlumat verməyib.

Prezident Muhammed İdris Deby İtno, sosial media hesabından verdiyi açıqlamada, "Strateji ehtiyat düşərgəsindəki sursat anbarında baş verən yanğında can itkisi və maddi tələfat var" deyib.

Həyatını itirənlərin kədərli ailələrinə başsağlığı verdiyini və yaralıların tezliklə şəfa tapmasını diləyən İtno, hadisənin səbəbləri və məsul şəxslərin müəyyən edilməsi üçün araşdırmalara başladıqlarını bildirib. 

Yaralıların və ölülərin sayı ilə bağlı dəqiq məlumat verilməyib. 

Nigar Hacılı 
"Cebhe.info