Çexiyanın şimal-şərqində daşqınlar səbəbindən ən yüksək təhlükə elan edilib
Çexiyanın şimal-şərqində - Moraviya-Sileziya və Olomoutsk bölgələrində çayların daşması təhlükəsi ilə bağlı ən yüksək təhlükə səviyyəsi elan edilib.
APA xəbər verir ki, bu barədə CTK agentliyi məlumat yayıb.
Təhlükənin ən yüksək səviyyəsinin elan edilməsi hakimiyyət orqanlarına fəlakətlə üzləşmə ehtimalı yüksək olan sakinləri mümkün qədər tez təxliyə etməyə imkan verəcək.
Təxliyə bir neçə min insana təsir edə bilər.
Bəzi vətəndaşlar təxliyə əmrini gözləmədən artıq evlərini tərk ediblər.
"Cebheinfo.az"