CHP və MHP liderləri görüşəcək

CHP və MHP liderləri görüşəcək

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşəcək.

“Cebhe.info” xəbər verir ki, görüş Türkiyə Böyük Millət Məclisində (TBMM) keçiriləcək.

Özəl və Bağçalının yerli vaxtla saat 12:00-də başlayacaq. Liderlərin Konstitusiya dəyişikliyi və digər məsələləri müzakirə edəcəkləri bildirilib.

Qeyd edək ki, ötən həftə CHP sədri Özgür Özəl Prezident, AKP sədri Rəcəb Tayyib Ərdoğan ilə görüşdü. Bu, CHP və AKP liderləri arasında 8 il sonrakı keçirilən ilk görüş kimi tarixə keçdi.

Elmir Mustafa
“Cebhe.info”