Çində güclü fırtına: 7 ölü, 11 yaralı

Çinin Tszyansi əyalətində sürəti saatda 127,8 kilometrə çatan şiddətli fırtına nəticəsində 7 nəfər ölüb, 11 nəfər yaralanıb.
"Cebhe.info" xəbər verir ki, fırtına martın 31-dən bəri 9 şəhərdə təxminən 93 min insana təsir edib.
Vilayətin paytaxtı Nançang şəhərində bir binanın damı fırtına nəticəsində uçub. Şəhərdə 2-si 20-ci mərtəbədən, biri isə 11-ci mərtəbədən yıxılan 3 nəfər həyatını itirib.
Nançangda ölən digər 4 nəfərin ölüm səbəbləri hələ müəyyən edilməsə də, səlahiyyətlilər 11 nəfərin yaralandığını açıqlayıb.
5 min 700 hektar kənd təsərrüfatı sahəsinə və 2 min 751 evə ziyan dəyib.
İki ölən şəxslə eyni mərtəbədə yaşayan və yerli mətbuata danışan şəxs külək tərəfindən uçurulmamaq üçün uzun müddət müqavimət göstərməli olduqlarını bildirib.
Fırtına nəticəsində 5 min 700 hektar kənd təsərrüfatı sahəsinə və 2 min 751 evə ziyan dəyib, 800-dən çox insan evlərindən təxliyə olunub.
Jiangxi Meteorologiya Xidməti martın 31-də fırtınanın yaratdığı küləyin sürətinin saatda 127,8 kilometrə çatdığını açıqlayıb.
Nigar Hacılı
"Cebhe.info"