Dilan Polat azadlığa çıxır?

Türkiyəli məşhur sosial şəbəkə fenomeni Dilan Polat azadlığa çıxa bilər.
“Cebhe.info” xəbər verir ki, Maliyyə Cinayətlərinin Araşdırılması İdarəsi (MASAK) Dilan Polat və həyat yoldaşı Engin Polatla bağlı yekun hesabat hazırlayıb. 909 səhifəlik hesabatda cütlüyün qanunsuz qruplaşma yaratdığı, qruplaşma üzvü olduqları, “çirkli pulların yuyulması” və qanunsuz mərc oyunları təşkil etdiklərinə dair iddiaların sübuta yetirilmədiyi qeyd olunub. Həmçinin, cütlüyün digər sosial şəbəkə fenomenləri ilə aralarında pul köçürmələrinin olmadığı da üzə çıxıb. Onlar barəsində sadəcə vergidən yayınma və saxta qəbz hazırlanması faktlarının olduğu bildirilib.
Buna baxmayaraq, Dilan Polata vergidən yayınmaya görə cəza verilməməsi məsləhət görülüb. Beləliklə, MASAK hesabatının ardından Dilan Polatın həbs olunacaq hər hansısa bir qanunsuz əməlinin olmadığı bildirilir.
Qeyd edək ki, 8,5 aydır həbsdə olan Dilan və Engin Polat cütlüyünün ötən gün daha bir məhkəməsi keçirilib. Cütlük qonşuları ilə dalaşdıqları üçün hakim qarşısına çıxıblar. Məhkəmədə qonşular şikayətlərini geri çəkiblər.
Prokuror Dilan Polatın bu məsələdə rolunun olmadığını və ona bəraət verilməsini, Engin Polatın isə 3 il həbs olunmasını tələb edib. Bütün bunların fonunda Dilan Polatın yaxın zamanlarda azadlığa çıxa biləcəyi deyilir.
Elmir Mustafa
“Cebhe.info”