Dövlət Bağçalı Özgür Özəllə görüşdü: Nələr müzakirə edildi?

Dövlət Bağçalı Özgür Özəllə görüşdü: Nələr müzakirə edildi?

Dünən Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb.

"Cebhe.info" xəbər verir ki, görüş MHP liderinin Türkiyə Böyük Millət Məclisindəki (TBMM) otağında keçirilib.

Bağçalı Özəli qapıda qarşılayıb. Özgür Özəli partiyanın Qrup sədr müavinləri Gökhan Günaydın, Əli Mahir Başarır və deputat Uğur Bayraktutan, Bağçalını isə parlamentin sədr müavini Cəlal Adan, partiyanın Qrup sədr müavini Erkan Akçay və deputat Sermet Atay müşayiət edib.

Liderlərin müzakirəsi 45 dəqiqə davam edib. Onlar Konstitusiya dəyişikliyi, iqtisadiyyat və digər məsələləri müzakirə ediblər. CHP və MHP rəsmiləri görüşün çox müsbət və məhsuldar keçdiyini bildirdilər.

Görüş zamanı Özəl Bağçalıya məsir məcunu və təsbeh, Bağçalı isə Özələ xüsusi boşqab hədiyyə edib.

Qeyd edək ki, CHP və MHP liderləri 7 il sonra ilk dəfə görüşüblər.

Elmir Mustafa
"Cebhe.info"