Dünya əhalisinin sayı 10,3 milyarda çatacaq

Birləşmiş Millətlər Təşkilatının yeni hesabatına görə, 2080-ci illərin ortalarına qədər dünya əhalisinin sayı 10,3 milyarda çatacaq.
Hazırda planetin əhalisi 8,2 milyard nəfərdir.
“Cebhe.info” xəbər verir ki, BMT-nin hesabatı bir sıra demoqrafik tendensiyaları müəyyən edir. Xüsusilə, hazırda dünya əhalisinin əsrin sonunda (2100) on il əvvəlkindən 6% az olacağı gözlənilir. Qlobal miqyasda hər dörd nəfərdən biri əhalisi artıq pik həddə çatan ölkədə yaşayır.
63 ölkədə əhalinin sayı 2024-cü ilə qədər pik həddə çatacaq. Xüsusilə Çin, Almaniya, Yaponiya və Rusiya kimi ölkələrdən söhbət gedir.
Dünyada əhalinin sayında kəskin artım müşahidə olunur. BMT-nin Əhali Fondu 2011-ci ildə dünya əhalisinin 7 milyard nəfəri keçdiyini bildirib.
Xəzər
“Cebhe.info”