Efiopiyanın Baş naziri Somaliyə gedib

Efiopiyanın Baş naziri Somaliyə gedib

Efiopiyanın Baş naziri Abiy Əhməd Somaliyə rəsmi səfər edib.

"Cebheinfo.az" xəbər verir ki, Abiy Əhməd Moqadişu hava limanında Somali Prezidenti Həsən Şeyx Mahmud tərəfindən qarşılanıb.

Moqadişoda keçirilən ikitərəfli görüşlərdən sonra Baş nazir Abiy Əhməd və Prezident Həsən Şeyx Mahmud mətbuata bəyanatla çıxış ediblər.

Bəyanatda səfərin iki ölkə arasında əlaqələri gücləndirəcəyi və ortaq maraqları dəstəkləmək üçün razılığın əldə edildiyi bildirilib.

Qeyd olunub ki, bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün səylərin göstəriləcəyi vurğulanıb:

“İki ölkə arasında diplomatik, iqtisadi və sosial sahələrdə əməkdaşlığı artırmaq əzmindəyik”.

Bildirilib ki, liderlər iki xalq arasında tarixi bağlara və ortaq sərhədlərə toxunublar.

Nigar Hacılı 
"Cebheinfo.az"