Ərdoğan Aşqabadda Putinlə görüşüb - YENİLƏNİB

Ərdoğan Aşqabadda Putinlə görüşüb - YENİLƏNİB

Rusiya və Türkiyə prezidentlərinin Aşqabadda keçirilən görüşü 40 dəqiqə davam edib.

"Cebheinfo.az" xəbər verir ki, Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin görüşü mətbuata qapalı keçirilib.

Görüşdə Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.

Liderlər görüşün protokol hissəsində çıxış etməyiblər, danışıqların əvvəlində açıqlama verməyiblər.

14:18

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistanda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsi məlumat yayıb.

"Cebheinfo.az"