Ermənipərəst senator istefa verdi

ABŞ Konqresinin Nyu-Cersi ştatından olan ermənipərəst senatoru Robert Menendez vəzifəsindən istefa verib.
“Cebheinfo.az” xəbər verir ki, o, vəzifəsindən ayrıldığını açıqlayıb.
Menendezin istefa məktubu Senata təqdim olunub. Senator artıq təqaüdə çıxdığını bildirib.
Qeyd edək ki, Robert Menendez korrupsiya, rüşvət, Misir və Qətərə lobbiçilik yardımı etmə də daxil olmaqla 16 ittihamın hamısında təqsirli bilinib. O, hər zaman ermənipərəst mövqeyi ilə diqqət çəkib və antitürk siyasəti həyata keçirib.
Elmir Mustafa
“Cebheinfo.az”