Ermənistan KTMT-nin yardımından imtina edib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşlarından ölkəyə yardım haqqında sənədi gündəmdən çıxarmağı xahiş edib.
Cebhe.info-nun məlumatına görə, KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə belə deyib.
Qeyd edək ki, 22 noyabrda Minskdə KTMT ölkələrinin müdafiə nazirləri, xarici işlər nazirləri şuraları və təhlükəsizlik şuraları katibləri komitələrinin iclasları, 23 noyabr tarixində isə KTMT-nin sammiti keçiriləcək.
“Kollektiv Təhlükəsizlik Şurasının ötən ilin noyabrında KTMT sammitinin qərarlarının icrası ilə bağlı tədbirlər planının icrasına və Belarusun prioritet istiqamətlərinə gəlincə, 34 tədbirdən 32-si tamamlanıb. Təəssüf ki, iki tədbir yerinə yetirilə bilməyib.
Bunlar ilk növbədə, ATƏT kimi Avropanın beynəlxalq təşkilatları ilə beynəlxalq əlaqələrimizdir. Onların mövqelərinə görə. İkinci məsələ isə Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardımla bağlı qərarın yekunlaşdırılması ilə bağlı tapşırıqdır.
Erməni tərəfi bütün digər müttəfiqlər bu qərarı dəstəkləsələr də, bu sənədə heç bir maraq göstərmədilər və üstəlik, işimizin yekun hissəsində onun ümumiyyətlə gündəmdən çıxarılmasını xahiş etdilər”, - deyə baş katib bildirib.
Müşfiq Abdulla
Cebhe.info