Ermənistanda iqtisadiyyat naziri postuna yeni namizəd

Ermənistanda iqtisadiyyat naziri postuna yeni namizəd

Fevralın 24-də Nikol Paşinyanın sədrliyi ilə “Mülki müqavilə” partiyasının İdarə Heyətinin iclası keçirilib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, İdarə Heyəti iqtisadiyyat naziri vəzifəsinə Gevorq Papoyanın namizədliyini müzakirə edərək təsdiqləyib.

Xatırladaq ki, Ermənistanın keçmiş iqtisadiyyat naziri Vaan Kerobyan fevralın 14-də istefa verib. 

O, bir müddət əvvəl nazirlikdə baş verən qalmaqallı hadisələrə görə istefaya gedib.

Xatırladaq ki, yanvarın 31-də iqtisadiyyat nazirinin müavini Ani İspiryan və qurumun daha 6 əməkdaşı korrupsiyada şübhəli bilinərək həbs edilib. 

"Cebhe.info"