Fransada uşaqlara qarşı zorakılıq halları artıb

Fransada uşaqlara qarşı zorakılıq halları artıb

Fransada hər üç dəqiqədə bir uşaq cinsi zorakılığın qurbanı olur.

"Cebheinfo.az" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Fransada uşaqlara qarşı zorakılıq hallarının əhəmiyyətli dərəcədə artdığına dair yeni hesabat dərc edib. 

Hesabatda Fransada uşaqlara qarşı cinsi istismar və zorakılıq rəqəmləri yüksək dairələrində böyük hiddət doğurub. Belə ki, Fransada yaşayan 5,4 milyon insan 18 yaşına çatmamış cinsi zorakılığa məruz qalır. Həlak olan hər 10 nəfərdən 8-i qadın, 2-si isə kişidir.

Qeyd edilib ki, Fransada milyonlarla qız və oğlanın mənşəyindən və sosial vəziyyətindən asılı olmayaraq zorakılığa məruz qalması təşviş doğurur. 

Statistikaya görə, fransızların üçdə biri öz çevrələrində ən azı bir məişət zorakılığının qurbanı olduğunu deyir. 

2018-ci ildə Fransa polisinin qeydlərinə görə, 5 700-dən çox qız və 1500-dən çox oğlan məişət zorakılığının qurbanı kimi hesabata daxil edilib.

Məlumatlara görə, Avropa Birliyi ölkələri və İngiltərədə 399 min 561 uşağın qalacaq evi yoxdur. Təxminən 14,5 milyon uşaq şəraiti olmayan mənzillərdə yaşayır.

UNICEF son hesabatında dünyada 370 milyondan çox qadının uşaqlıqda cinsi təcavüzə məruz qaldığını açıqlayıb. 
Hesabatın "uşaqlıq dövründə cinsi zorakılıq haqqında" bir ilk olduğunu vurğulayan UNICEF, onlayn və şifahi cinsi zorakılıq qurbanları da əlavə olunduqda bu rəqəmin 650 milyona yüksəldiyini vurğulayıb.

Nigar
"Cebheinfo.az"