"Google"a rekord cərimə

Rusiya məhkəmələri ötən ildə dörd dəfə “Google” şirkətinə 15,1 milyon rubl (172,3 min dollar) məbləğində cərimə kəsib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti məlumat yayıb.
Bildirilib ki, 2024-cü ildə məhkəmələr “Google” şirkətini 4 dəfə cərimələyib. Cərimələrin məbləği 15,1 milyon rubla çatıb.
Şirkət “YouTube”-da ekstremist məzmunu, dezinformasiyanı, iğtişaşlara sövq edən materialları silmədiyinə görə cərimələnib.
Fevralın 17-də Moskvanın Taqanski Rayon Məhkəməsi “Google-u 3 milyon 800 min rubl (41 min 560 dollar) cərimələyib.
Nigar Hacılı
"Cebheinfo.az"