Gürcüstanın Litvadakı səfiri vəzifəsindən istefa verib

Gürcüstanın daha bir səfiri hakim partiyanın Aİ ilə üzvlük danışıqlarını dayandırmaq qərarı ilə əlaqədar istefa verib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstanın Litvadakı səfiri Salome Şapakidze istefası barədə “X” platformasında məlumat paylaşıb.
Bununla da istefa verən səfirlərin sayı 3-ə çatıb.
"Cebheinfo.az"