HƏMAS-ın 400-dən çox hədəfi məhv edildi

İsrail ordusu son 24 saat ərzində HƏMAS-ın 400-dən çox hədəfini vurub.
Cebhe.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir:
"Ötən gün İDF Qəzza zolağı boyunca 400-dən çox terrorçu hədəfi vurub. Eyni zamanda İsrail Hərbi Dəniz Qüvvələrinin bölmələri gecə boyu Qəzza zolağının cənubundakı Xan Yunus bölgəsində və Deyr əl-Belahda məqsədyönlü əməliyyat tədbirləri həyata keçirərək, HƏMAS-a məxsus hərbi hədəfləri və HƏMAS Hərbi Dəniz Qüvvələrinin istifadə etdiyi infrastruktur və avadanlıqları vurub”.
Nigar Hacılı
Cebhe.info