“Hizbullah” İsrailin 2 tankını vurub
“Hizbullah” tərəfindən verilən məlumatda, Livanın cənubundakı Mərcəyun bölgəsində yerləşən Qantara qəsəbəsi yaxınlığında İsrailə məxsus iki tankın raketlərlə hədəf alındığı və vurulduğu iddia edilib.
"Cebheinfo.az" xəbər verir ki, açıqlamada qrupun bölgə üzrə ümumilikdə yeddi tankı hədəf aldığı irəli sürülüb.
İsrail ordusu sözügedən hücumlarla bağlı hələlik rəsmi açıqlama verməyib.
Bu hadisə İsrail qüvvələrinin Livanın cənubuna qarşı başlatdığı quru əməliyyatından sonra yaşanıb.
İsrailin müdafiə naziri İsrael Katz əməliyyatın məqsədinin Litani çayının cənubundakı bölgəni tamamilə nəzarətə götürmək olduğunu bildirmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"


