İngiltərəni sarsıdan qətl

İngiltərədə silahla öldürülən 3 nəfərin “BBC Five Live” nəşrinin idman şərhçisi Con Hantın həyat yoldaşı və iki qızı olduğu məlum olub.
"Cebhe.info" xəbər verir ki, yerli vaxtla saat 19:00 radələrində Londonun şimalındakı Hertfordşir bölgəsindəki Buşey şəhərinin sakinləri qışqırıq səsləri eşitdiklərini bildirərək polisə zəng ediblər.
Aşly Close küçəsinə gələn polis 3 nəfərin ağır yaralandığını aşkar edib.
Yaralıları sağlamlıq qruplarının müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb. Londonun şimalında yerləşən Enfilddə yaşadığı məlum olan şübhəli Kayl Kliffordu tapmaq üçün axtarışlara başlanılıb.
Polis insanlara şübhəli şəxslə rastlaşdıqda ona yaxınlaşmamaları barədə xəbərdarlıq edib.
Silahlı polis əməkdaşları və axtarış qrupları Enfilddə və Londonun digər şimal rayonlarında, həmçinin qətlin baş verdiyi Buşeydə axtarışı genişləndirib.
Çərşənbə günü günorta saatlarında Enfilddə axtarış aparılan evin yaxınlığındakı qəbiristanlıqda polis və təcili yardım qrupları görülüb.
Qəbiristanlıq mühasirəyə alınıb və təcili yardım helikopteri əraziyə yaxınlaşıb.
Herfordshire polisinin verdiyi açıqlamaya görə, Klifford polis tərəfindən "atəş açmadan" tutulub.
Xəsarət alan Kliffordun xəstəxanada müalicə aldığı bildirilib.
Qətl qurbanı olanlar “BBC Five Live” nəşrinin idman şərhçisi Con Hantın 61 yaşlı arvadı Kerol Hant və cütlüyün üç qızından ikisi, 25 yaşlı Luiza və 28 yaşlı Hanna olduğu müəyyən edilib.
Qətl şübhəlisi Kayl Klifford haqqında az şey məlumdur.
Lakin şübhəlinin 2022-ci ildə qısa müddət ərzində Britaniya ordusunda xidmət etdiyi və sonra ordunu tərk etdiyi düşünülür.
Polis məqsədli hücum olduğunu söylədiyi qətlin arxasında Kliffordun olduğunu və qurbanları tanıdığını düşünür.
Şübhəli şəxs nəzarətə alınarkən, bu mərhələdə polisin istintaqında başqa heç kimin axtarılmadığı bildirilib.
Nigar Hacılı
"Cebhe.info"