İnternet olmadıqda belə smartfon sizə “casusluq” edə bilər

İnternet olmadıqda belə smartfon sizə “casusluq” edə bilər

Smartfon cihazda internet açılmasa belə, sahibinə “casusluq” edə bilər.

Mütəxəssislərin fikrincə, smartfonlar daim sahibləri haqqında məlumat toplayır və internetin olmaması bu məlumatların təhlükəsizliyinə zəmanət vermir.

Cebhe.info xəbər verir ki, bunu Rusiyanın Kibertəhlükəsizlik və Rəqəmsal Texnologiyalar İnstitutunun İntellektual İnformasiya Təhlükəsizliyi Sistemləri Departamentinin rəhbəri Şamil Maqomedov “Prime” agentliyinə müsahibəsində qeyd edib. O deyib ki, müasir smartfonlar yer məlumatlarını, çəkilmiş fotoşəkilləri və s. toplayır:

“Məsələn, qrafik faylların metaməlumatları-çəkiliş yeri və vaxtı haqqında məlumat telefonun yaddaşında saxlanılır. Telefon yenidən onlayn olan kimi onu bulud yaddaşına yükləyəcək”, -deyə Maqomedov bildirib.

Onun sözlərinə görə, məxfi məlumatlar smartfonun simkartında da saxlanılır. Bu cür məlumatlara, məsələn, istifadəçinin kontaktları və onun hərəkətlərinin tarixi daxil ola bilər. Maqomedovun sözlərinə görə, hətta qutudan çıxmış yeni alınmış smartfon artıq öz istehsalçısı üçün çoxlu məlumat toplayır.

ChatGPT çatbotunu idarə edən süni intellekt də təsdiqləyib ki, smartfon bəzi məlumatları toplaya, sonra internet bağlantısı olanda digər istifadəçilərə ötürə bilər. Bu cür məlumatlara telefon kontaktları, təqvimlər, mesajlar və zəng qeydləri, foto və videolar, cihazda işləyən proqramlar haqqında məlumatlar, həmçinin GPS sensorlarından, akselerometrdən və s. məlumatlar daxildir.

Smartfonunuzu gündəlik həyatda mümkün qədər effektiv qorumaq üçün bir neçə kifayət qədər sadə məsləhətə əməl etmək tövsiyə olunur.

Xəzər
Cebhe.info