İran general Hacı Haşimin öldürüldüyünü təsdiqlədi

İran general Hacı Haşimin öldürüldüyünü təsdiqlədi

İran Suriyadakı iranlı hərbi müşavirlər korpusunun rəhbəri general-mayor Kəyumərs Purhaşiminin Ərəb Respublikasının şimalında üsyançıların hücumu nəticəsində həlak olduğunu təsdiqləyib.

“Cebheinfo.az” xəbər verir ki, məlumatı İslam İnqilabı Keşikçiləri Korpusunun  (SEPAH) komandanı general-leytenant Hüseyn Səlami verib.

O, silahlı müxalifət qruplarının fəallaşmasına görə İsrailin məsuliyyət daşıdığını deyıb.

Sionist təkfirçi terrorçuların cinayətlərindən biri də İranın Suriyadakı baş hərbi müşaviri, Hacı Haşim kimi tanınan general-mayor Kəyumərs Purhaşimi qətlə yetirmək olub”, - deyə Səlami bildirib.

Xəzər 
"Cebheinfo.az"