İranda ZƏLZƏLƏ

İranın cənubunda zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytı məlumat yayıb.
Zəlzələ 4,7 bal gücündə olub. Yeraltı təkanların episentri Bəndər-Abbas şəhərindən 62 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Cebhe.info