İranlı general qonşu dövlətlərə xəbərdarlıq etdi

İranlı general qonşu dövlətlərə xəbərdarlıq etdi

“İran sərhədçiləri mehriban qonşuluq prinsiplərinə uyğun hərəkət edir və İranın qonşu dövlətlər tərəfindən beynəlxalq qaydaların hər hansı pozuntusuna cavab verəcəyi barədə xəbərdarlıq edib”.

Cebhe.info “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran ordusunun komandanı, briqada generalı Kəyumərs Heydəri deyib.

General Heydəri və İran polisi komandirinin müavini general Qasım Rezai ölkənin cənub-şərqində, Pakistan və Əfqanıstanla həmsərhəd olan Sistan və Bəlucistan əyalətinə səfər ediblər.

General Heydəri bu səfər zamanı deyib ki, İranın Əfqanıstanla sərhədləri tamamilə ordunun quru qoşunlarının və sərhədçilərin nəzarəti altındadır:

“Sərhəd zonasında təhlükəsizlik tam şəkildə qurulub”.

İran sərhədçiləri və quru qoşunlarının beynəlxalq normalara və mehriban qonşuluğa uyğun hərəkət etdiyini deyən Heydəri qarşı tərəflərin qaydalara əməl etmədiyi təqdirdə yeni qarşıdurma ilə üzləşəcəklərini bildirib.

General Rezai qeyd edib ki, İran və Əfqanıstan sərhədləri bir neçə dəfə Əfqanıstan rəhbərliyinin səhvlərinin şahidi olub.

Onun sözlərinə görə, dünən sərhəd zolağında atışma olub, əks -tədbirlər görülüb:

“Qonşu ölkələr bilməlidir ki, ümumi sərhədlər dostluq sərhədləridir və biz heç bir bədbəxtliyin baş verməsinə imkan verməməliyik”.

Xəzər
Cebhe.info