İraqda 4 İŞİD döyüşçüsü məhv edildi

İraqda 4 İŞİD döyüşçüsü məhv edildi

İraqın şimalındakı Kərkük əyalətinə endirilən hava hücumu nəticəsində dörd İŞİD yaraqlısı öldürülüb.

Bu barədə "Sinxua" məlumat yayıb.

Bildirilir ki, İraq döyüş təyyarələri ucqar Vadi Ceytun bölgəsində İŞİD-in sığınacaqlarına hava zərbələri endirib. Hava hücumları kəşfiyyat məlumatlarına əsasən həyata keçirilib.

Cebhe.info