İrəvanın mərkəzində polislə əlbəyaxa dava - VİDEO

Mayın 30-da İrəvanın Respublika meydanında vəziyyət gərginləşib.
“Cebhe.info”-nun məlumatına görə, itaətsizlik aksiyası keçirən “Vətən naminə” hərəkatının iştirakçıları ilə polis arasında əlbəyaxa dava düşüb. Qarşıdurma polisin vətəndaşları yolun hərəkət hissəsini tərk etməyə çağırmasından sonra baş verib.
Nəticədə, aksiya iştirakçılarının bir neçəsi saxlanılıb. Növbəti iclasın keçirildiyi Ermənistan hökumətinin binasına xeyli sayda polis qüvvəsi toplanıb.
Müşfiq Abdulla
“Cebhe.info”