İsrail ordusu qonşu ölkələri bu şarla izləyir

İsrail ordusu qonşu ölkələri bu şarla izləyir

İsrail ordusu İordaniya, Suriya, Livan, İran və İraqın dərinliklərini müşahidə etmək üçün təkmil hava şarından istifadə edir.

Cebhe.info “Yediot Aharanot”a istinadla xəbər verir ki, hava şarının buraxıldığı ərazi İordaniya və Suriyanın sərhəd üçbucağında yerləşir və nəzarəti bu bölgədən həyata keçirir.

O, həmçinin İraq, İran, Suriya, İordaniya və Livandan atılan uzaqmənzilli raketləri və pilotsuz təyyarələri izləyə bilər.

Dünyanın ən böyük hava balonunun uzunluğu 117 metrdir və kamera, kompüter və xüsusi radarla təchiz olunub.

Onun hazırlanması Amerikanın ixtisaslaşmış komandası sayəsində mümkün olub.

Yeni şar Dimona AES-i qoruyan digər şarla çox oxşardır./Yenisabah.az

Cebhe.info