İtaliya Fələstinə əsgər göndərir?

İtaliya Fələstinə əsgər göndərir?

“Fələstin dövləti qurularsa, sülh üçün əsgər göndərməyə hazırıq”.

"Cebhe.info" xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani deyib.

Tajani İtaliya hökumətinin sülhə qətiyyətlə bağlı olduğunu ifadə edərək, "Biz İsrailin dostuyuq, lakin Fələstin dövləti qurulacaqsa, potensial olaraq digər ölkələrin qüvvələri ilə qoşun göndərilməsi də daxil olmaqla, sülh üçün çalışmaq istəyirik", - deyib.

Tajani İranın İsrailə hücumunun da pisləyib:

"Ümid edirəm ki, indi gərginlik artmayacaq. İsrail hərbi yolla qalib gəldi, hücumu dəf etdi, amma indi münaqişənin daha da yayılmasının qarşısını almalıyıq.Çünki gərginlik sadəcə Qəzzada deyil, həm də Qırmızı dənizdə var".

Nigar Hacılı 
"Cebhe.info