KİV: Yaponiya Baş naziri Zelenski ilə telefon danışığı planlaşdırır

KİV: Yaponiya Baş naziri Zelenski ilə telefon danışığı planlaşdırır

Yaponiyanın Baş naziri Fumio Kişida Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı planlaşdırır.

APA xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo News” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, telefon danışığı zamanı Yaponiya tərəfinin Ukraynadakı Kaxovka Su Elektrik Stansiyasının (SES) bəndinin dağıdılmasının nəticələrindən zərər çəkənlərə təcili humanitar yardım göstərməsi məsələsi müzakirə oluna bilər.

Qeyd edək ki, bu gün səhər Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi Ukraynaya humanitar yardımın tez bir zamanda göstərilməsinin zəruriliyindən danışaraq və hazırda bu məsələ üzərində işlərin aparıldığını vurğulayıb.

Xatırladaq ki, Yaponiya hökumətinin başçısı və Zelenski sonuncu dəfə ötən ayın sonunda Ukrayna Prezidentinin Yeddilik Qrupu (G7) sammitində iştirak etmək üçün Xirosimaya səfəri zamanı görüşüblər.

Cebhe.info