Köpək balıqları narkotik aludəçisinə çevrilirlər

Köpək balıqları narkotik aludəçisinə çevrilirlər

Braziliyada Osvaldo Kruz Fondunun apardığı araşdırma nəticəsində köpək balıqlarında kokainin tapıldığı açıqlanıb.

"Cebheinfo.az " xəbər verir ki, dəniz bioloqları Rio-de-Janeyro sahillərində 13 köpək balığının əzələlərində və ağciyərlərində yüksək miqdarda kokain aşkar edildiyini açıqlayıblar.

Narkotik səviyyəsinin əvvəllər suda yaşayan digər köpək balıqlarından 100 dəfə yüksək olduğu qeyd edilib.

Leiria Politexnik Universitetinin Dəniz və Ətraf Mühit Elmləri Mərkəzində dəniz eko-toksikoloqu Sara Novais araşdırmanın nəticələrinin çox vacib və narahatedici olduğunu söyləyib.

Mütəxəssislər sınaqdan keçirilmiş dişi köpəkbalıqlarının hamısının hamilə olduğunu və köpək balıqlarında aşkar edilən kokainin dölə hansı təsirinin olduğunun hələlik məlum olmadığını bildirib. 

Bundan əlavə, ekspertlər kokainin köpəkbalıqlarının davranışında dəyişikliyə səbəb olub-olmamasının araşdırılmalı olduğunu bildiriblər.

Mütəxəssislər bildirirlər ki, kokain narkotik kartelləri tərəfindən polisdən yayınmaq üçün dənizə atılmış ola bilər. 

Ləman İsmayıl
"Cebheinfo.az"