Lavrov Fələstin dövlətinin yaradılması ilə bağlı danışıqlara başlamağı təklif edib

Lavrov Fələstin dövlətinin yaradılması ilə bağlı danışıqlara başlamağı təklif edib

Rusiya Federasiyası İslam Əməkdaşlıq Təşkilatının Qəzza zolağında atəşkəsin zəruriliyi ilə bağlı qiymətləndirmələrini bölüşür.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Qəzza zolağı ətrafında vəziyyətin nizamlanması ilə bağlı Təmas Qrupunun üzvləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası terrorizmin bütün təzahürlərinə qarşıdır:

"Lakin terrorizmə qarşı beynəlxalq humanitar hüququ pozmadan mübarizə aparılmalıdır".

Lavrov Fələstin dövlətinin yaradılması ilə bağlı danışıqlara başlamağı təklif edib:

"Rusiya Federasiyası Fələstin dövlətinin yaradılması ilə bağlı danışıqlar prosesinin yenidən başlaması üçün hazırlığa indidən başlamağa çağırır".

Rusiyanın baş diplomatı Yaxın Şərq vasitəçilərinin “dördlüyü”nün ərəb dünyasının nümayəndələrini əhatə etmədiyi üçün öz funksiyalarının öhdəsindən gələ bilmədiyini də söyləyib.

Bildirib ki, Fələstin-İsrail münaqişəsinin həlli mexanizmində region ölkələri təmsil olunmalıdır.

Lavrov Qəzza zolağına çatdırılan humanitar yardımın həcminin kifayət etməyini də əlavə edib.

Cebhe.info