Lavrov və Mirzoyan Qarabağı müzakirə edəcəklər

Lavrov və Mirzoyan Qarabağı müzakirə edəcəklər

Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrov martın 20-də Moskvada danışıqlar aparacaq.

Cebhe.info xəbər verir ki, sabahkı görüş barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Qarşıdan gələn görüş Moskva ilə İrəvan arasında bütün səviyyələrdə ənənəvi sıx təmasların davamıdır.

Nazirlər Rusiya-Ermənistan əməkdaşlığının indiki vəziyyətini və onun inkişafı üçün gələcək addımları, o cümlədən Rusiya və Ermənistan liderlərinin 19 aprel 2022-ci il tarixli Birgə Bəyanatının müddəalarının icrası çərçivəsində müzakirə etməyi planlaşdırırlar”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Qeyd olunur ki, xarici işlər orqanlarının rəhbərləri Rusiya, Ermənistan və Azərbaycan arasında 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il tarixlərində əldə edilmiş razılaşmaların ən yüksək səviyyədə həyata keçirilməsi prizmasından regional gündəliyi ətraflı müzakirə edəcəklər.

Xəzər
Cebhe.info