Mahmud Abbas Çinə səfər edəcək

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Çinə səfər edəcək.
APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
XİN-in rəsmi saytında dərc edilən məlumatda deyilir ki, Mahmud Abbas 13-16 iyun tarixlərində Çin Sədri Si Cinpinin dəvəti əsasında bu ölkəyə dövlət səfəri edəcək.
Çin XİN səfərlə bağlı əlavə məlumat verməyib.
Cebhe.info