Mask: “Starlink”in CAR-ın bazarına girməməsinin səbəbi irqçilikdir

Amerikanın peyk rabitəsi şirkəti “Starlink” sahibi İlon Maska qarşı irqçi münasibətə görə Cənubi Afrika Respublikasında fəaliyyət göstərməsi üçün lazım olan sənədləri almır.
Bu barədə İ.Mask “X” sosial şəbəkəsində yazıb.
"Starlink”ə sadəcə qaradərili olmadığım üçün CAR-da işləmək üçün lisenziya vermir. Yoxsa bu doğrudur?", - paylaşımda qeyd olunur.
Mask 1971-ci ildə Pretoriyada anadan olub, məktəbi bitirdikdən sonra Kanadaya, oradan da ABŞ-yə köçüb.
"Cebheinfo.az"