Mərkəzi Banka qadın sədr - İLK DƏFƏ

Mərkəzi Banka qadın sədr - İLK DƏFƏ

Türkiyənin Mərkəzi Bankına ilk dəfə qadın sədr təyin olunub.

Cebhe.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.

Sərəncamla maliyyəçi Hafize Gaye Erkan Mərkəzi Bankın sədrliyinə gətirilib.

Qeyd edək ki, Boğaziçi universitetindən məzun olan 41 yaşlı Hafize Gaye Erkan daha sonradan təhsilini ABŞ-də davam etdirib.

“Princeton” universitetində təhsil alan Erkan Amerikada maliyyə sahəsində işləməyə başlayıb. O, “Princeton”da iki illik doktorantura proqramını bir ildə bitirən ilk tələbə olub və bununla da ölkənin “ən gənc maliyyə professoru” adını qazanıb.

Xatırladaq ki, Türkiyə Mərkəzi Bankına bundan öncə Şahap Kavcıoğlu sədrlik edirdi. O, bu vəzifəyə 2021-ci ilin martında təyin edilib.

Günay Şahmar
Cebhe.info