Məşhur vulkan püskürüb: 445-ci dəfə

Məşhur vulkan  püskürüb: 445-ci dəfə

İndoneziyanın Merapi vulkanı kül püskürüb. 

"Cebheinfo.az" xəbər verir ki, İndoneziyanın Sumatra adasının qərb tərəfindəki Tanah Datar bölgəsində baş verən püskürmə zamanı Merapi vulkanından səmaya yüksələn kül sütunu müşahidə edilib.

2023-cü il dekabrın 3-də ilk püskürməsindən bu yana vulkan 445 dəfə püskürüb və sakinlərə püskürmə mərkəzindən 3 kilometr radiusa daxil və ya hər hansı fəaliyyətlə məşğul olmaq qadağan edilib.

Nigar Hacılı 
"Cebheinfo.az"