Mirzoyan Blinkenlə görüşdü - Cənubi Qafqazdan danışdılar

Mirzoyan Blinkenlə görüşdü - Cənubi Qafqazdan danışdılar

Noyabrın 29-da Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş Skopyedə ATƏT-in nazirlər konfransı çərçivəsində baş tutub. Tərəflər Cənubi Qafqazda təhlükəsizlik və sabitliklə bağlı məsələləri müzakirə ediblər.

Danışıqlar zamanı Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən son hadisələrə istinad edilib.

Cebhe.info